“Azərbaycan
Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası
Qanunun tətbiqini təmin etmək məqsədilə 17.02.22021-ci il tarixdə Xocalı Rayon İcra
Hakimiyyəti Başçısı yanında Şura iclası keçirilmişdir. Şura iclasında bir sıra
qərarlar alınmışdır. “Rayonunun yerli büdcəsinin təsdiqi və 2021-ci ildə
qarşıda duran vəzifələr”lə bağlı müzakirələr zamanı dövlət büdcəsindən maliyyələşən
təşkilatların maliyyə intizamına riayət olunması, israfçılığıa və izafi xərclərə
yol verməmələri, büdcə vəsaitindən qənaətlə istifadə etmələri onlara izah
edilmişdir.